İdman

“Mançester Yunayted” Kriştiano Ronaldo ilə yollarını ayırdı

İngiltərənin “Mançester Yunayted” komandası futbolçusu Kriştiano Ronaldo ilə müqaviləni pozub.

Metbuat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər qarşılıqlı razılıq əsasında əməkdaşlığı dayandırıblar.

 

Klub portuqaliyalı futbolçuya xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

 

Qeyd edək ki, 37 yaşlı ulduz futbolçu müsahibəsində “Mançester Yunayted”in ona xəyanət etdiyini söyləyib.

 

Xatırladaq ki, Kriştiano Ronaldo 2003 – 2009-cu illərdə də İngiltərə klubunun formasını geyinib. O, 2021-ci ilin yayında İtaliya “Yuventus”undan “Mançester Yunayted”ə keçib.

Tacxeber.com

Oxşar xəbərlər

UEFA “Qarabağ” və “Qəbələ”yə pul ayırdı

admin

Avrokuboklarda çıxış edən futbol klublarmız nə qədər pul qazanıb?

admin

Niyə İTV Ertem Şenerə yox deyib?

admin