25 C
Bakı
11 Avqust 2025 01:41
Dünya

Lukaşenko: “Rusiya çökərsə, KTMT ölkələri onun qalıqları altında qalacaq”

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, KTMT-nin gələcəyi Rusiyanın Ukraynada keçirdiyi “xüsusi əməliyyat”ın uğurundan asılıdır.“Report” BelTA-ya istinadən xəbər verir ki, bu barədə Belarusun dövlət başçısı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində danışıb.Belarus lideri bildirib ki, son vaxtlar mətbuatda KTMT-nin həyat və aqibətinin Rusiyanın Ukraynada keçirdiyi “xüsusi əməliyyat”ın nəticəsindən asılı olduğu tezisləri inkişaf edir: “Rusiya qalib gəlsə, KTMT yaşayacaq. Allah eləməsin, qalib gəlməsə, KTMT mövcud olmayacaq”.O qeyd edib ki, bu məsələdə Təşkilat vahid fikrə gəlib: “Əgər Rusiya çökərsə, o zaman bizim yerimiz onun qalıqları altında olacaq”.

Tacxeber.com

Oxşar xəbərlər

PROQNOZ: “Qlobal istiləşmə sürətlə nəzarətdən çıxacaq”

redaktor

Trampdan Zelenski – Putin münasibətlərinə BƏNZƏTMƏ: “Tanqoda iki nəfər tələb olunur” – VİDEO

redaktor

Ermənilər Azərbaycanın ABŞ-dəki konsulluğunun binasına hücum edib

redaktor