25 C
Bakı
23 İyun 2025 13:52
Siyasət

İsa Həbibbəyli YAP-ın yubiley mərasimindən danışdı: “Məmnunam, 27-ci yerdə oturmuşdum”

Milli Məclisin deputatı, AMEA-nın prezidenti İsa Həbibbəyli Yeni Azərbaycan Partiyasının 30 illik yubiley mərasiminə dəvət edilməməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

İ.Həbibbəyli Pravda.az-a açıqlamasında deyib ki, yubiley mərasimində iştirak edib.

““H” sırasında 27-ci yerdə oturmuşdum. İştirak etmişəm, bundan da çox məmnunam, özümü xoşbəxt sayıram. Taleyim də Yeni Azərbaycan Partiyasına bağlıdır. Mərasimdən əvvəl YAP-ın Mərkəzi Aparatının sədri Tahir Budaqovun da iştirakı ilə AMEA-da partiyanın 30 illiyik yubileyi ilə bağlı geniş tədbir keçirilmişdi. Ayın 21-də də Heydər Əliyev Mərkəzində keçirilən YAP-ın 30 illiyinə həsr olunmuş tədbirə qatılmışam. Ölkəmizin Prezidenti cənab İlham Əliyevin dərin məzmunlu çıxışını dinlədim. Ordan irəli gələn Akademiyanın vəzifələrini müəyyən edirik. YAP-ın sıralarında olmağımızla fəxr edirik”, – İ.Həbibbəyli qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

Fazil Məmmədov: O, kim idi?

redaktor

Şeyxin 30 il gecikən etirafı: “Uman yerdən” küsdü…

redaktor

“Nədən Putini Yaxın Şərqə səfərində qırıcı təyyarələr müşayiət edib?” – Peskov

admin