Kriminal

Gədəbəydə oğul anasına görə atasını döyüb öldürdü – TƏFƏRRÜAT

Gədəbəydə oğul anasına görə atasını döyüb öldürdü - TƏFƏRRÜAT

Gədəbəydə ailə daxilində faciə ilə nəticələnən mübahisənin təfərrüatı məlum olub.

Tacxeber.comxəbər verir ki, iddia edilir ki, Asəf Cəfərov anasına xəsarət yetirdiyinə görə atasını döyərək ağır xəsarətlər yetirib.

Kişi də həyat yoldaşının ardınca xəstəxanaya yerləşdirilib.

Bildirilib ki, rayonun Düzyurd kənd sakini Vaqif Cəfərov ailə münaqişəsi zəminində həyat yoldaşı Mehri Cəfərovaya bıçaq xəsarətləri yetirib.

Qadın Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bundan sonra həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən Vaqif Cəfərov özü xəstəxanalıq olub.

Vaqif Cəfərovun oğlu tərəfindən döyülərək xəstəxanaya yerləşdirilməsi və orada dünyasını dəyişməsi ilə bağlı iddialar hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Faktla bağlı Gədəbəy Rayon Prokurroluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Daha ətraflı süjetdə:

Tacxeber.com

Oxşar xəbərlər

Rektora 60 min manat atdılar – Professoru aldadanlar kimlərdir?

redaktor

Ağalarovdan yeni açıqlama: Terrorçular insanların diri-diri yanmasını istəyirdilər

redaktor

2005-ci il 2 mart tarixində Azərbaycanda jurnalist Elmar Hüseynov qətlə yetirildi.

admin