32 C
Bakı
12 Avqust 2025 15:40
CəmiyyətKriminal

Elşad Hacıyevdən müraciət.

 

“Baş verən hadisələri niyə yayırıq? Vətəndaşlarımız hansısa cinayətkar əmələ məruz qalmasınlar, ibrət olmasınlar, ibrət alsınlar”.

Bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

“Sorğulmadan, tanımadığı, niyyəti naməlum olan şəxslərə qapının açılması ev sahibinin quldurluğa məruz qalması ilə nəticələnib. Qeyri-aşkar şəraitdə baş verən hadisə Xətai rayonunda olub. Polis tərəfindən əməli törətməkdə şübhəli bilinən şəxslər intensiv əməliyyat-axtarış, əməliyyat-texniki tədbirlər nəticəsində “isti izlərlə” saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər. Onlar ev sahibini küt alətlə vuraraq evdən 80.000 manat pul və 20.000 manat dəyərində qızıl-zinət əşyalarını talamışdılar. Əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir”, – E.Hacıyev qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

20 il əvvəl Maskın Rusiyadan raket almağa imkanı olmayıb?

redaktor

Azərbaycan ABŞ-a yumurta ixracına start verir.

admin

Abutalıbov Bakıya dəhşətli ziyan vurub – Nazirlik

redaktor