Gündəmİdman

DÇ-2022-də ağır zədə – Şahzadə şəxsi təyyarə ayırdı

Qətərdə keçirilən dünya çempionatında Argentina ilə oyunda zədələnən Səudiyyə Ərəbistanı millisinin futbolçusu Yasser Al Şahraninin durumunun ciddi olduğu müəyyənləşib.

30 yaşlı müdafiəçiyə çənə sınığı, bir neçə üz sümüyünün əzilməsi və daxili qanaxma diaqnozu qoyulub.

Oyunçu əməliyyat olunacaq. Səudiyyə rəsmiləri Şahraninin Almaniyaya aparılması üçün şəxsi təyyarə ayırıb.

Qeyd edək ki, yığmanın qapıçısı Məhəmməd Əl-Ovais matçda komanda yoldaşını zədələyib. Qolkiper görüşün sonlarında topu cərimə meydançasından uzaqlaşdırmaq istəyərkən diziylə Yasser Al Şahranini vurub.

 

 

Tacxeber.com

Oxşar xəbərlər

İki QHT sədrinin həbsindən sonra daha birinin axtarışa verildiyi bildirilir

admin

Fəzail Ağamalının deputat qızı bağçasını satır – QİYMƏT

admin

Bakıda özünü DTX əməkdaşı kimi qələmə verən şəxsin insanlardan pul aldığı iddia edilir – VİDEO

redaktor