Dünya

Bakı Kremldən bunu istəyir: Putin razılaşacaq – Qriqoryan

Hazırda Rusiya tam olaraq Türkiyədən asılıdır. Ələlxüsus Xersondakı məğlubiyyətdən sonra. Hazırda Ankara və yaxud da Bakı Kremlə nə desə, nəyi təklif etsə, Rusiya onu etməyə məcbur olacaq.

Tacxeber.com axar.az-a istinadən xəbər verir ki, bu fikirlərlə Ermənistanın Qloballaşma və Regional Əməkdaşlıq Mərkəzinin rəhbəri Stepan Qriqoryan çıxış edib.

“Mən dəfələrlə demişəm ki, hazırda Rusiya bizimlə (Ermənistanla – red.) deyil. Bu artıq təstiqlənmiş tezisdir. Bu dəqiqə Rusiyaya Türkiyə və Azərbaycan hava və su kimi lazımdır. Bakı bu məqamdan peşəkarcasına faydalanacaq. Azərbaycan Rusiyadan Xankəndi məsələsinin tez bir zamanda həll olunmasını istəyir. Yox, istəyir demək düz olmaz – tələb edir. Və bu tələb yerinə yetiriləcək”, – deyə o erməni mətbuatına açıqlamasında qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna Aralıq dənizində Rusiyanın “kölgə donanmasına” məxsus tankeri vurub

redaktor

Putinin şəxsi həyatı və övladları – yeni rezonans doğuran ARAŞDIRMA

admin

Ərdoğan milli maraqların qorunmasında MASTER-KLASS keçir – Köçəryan

redaktor