16 C
Bakı
26 Sentyabr 2025 05:12
Dünya

Azərbaycanda mobil telefonlar bahalaşdı

Azərbaycanda oktyabr ayında mobil telefonların qiyməti bahalaşıb.

Tacxeber.com Banker.az-a istinadla xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

Məlumata görə, oktyabr ayında 1 ədəd mobil telefonun orta qiyməti 375.49 manatdan 379.43 manata qalxıb. Beləliklə, aylıq 3.94 manat və ya 1.1% bahalaşma olub.

Ötən ilin eyni dövründə mobil telefonların orta qiyməti 287.96 manat olub. İllik müqayisədə qiymət artımı 32%-dir.

Oktyabrda mobil telefonun təmir xidmətinin orta aylıq qiyməti 93.58 manat təşkil edib ki, bu da 0.3% bahalaşma deməkdir.

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna ərazisinə kütləvi raket hücumu oldu

redaktor

Pilot təyyarəni Qroznıya icazəsiz endirə bilərdi: Nə baş verib?

redaktor

Azərbaycan cüdoçusu Olimpiya çempionu oldu

admin