19 C
Bakı
23 İyun 2025 22:05
Hadisə

AXCP üzvü Kəlbəcərdə faciəli şəkildə öldü

Kəlbəcər rayonunda traktor aşıb, ölən var.

Tacxeber.com xəbər verir ki, hadisə noyabrın 18-də rayon ərazisində qeydə alınıb.

Belə ki, 1972-ci il təvəllüdlü Fariz Tağıyev idarə etdiyi frontal yükləyici “ZL 50” markalı traktor tipli nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib. Daha sonra nəqliyyat vasitəsi aşıb. Nəticədə F.Tağıyev almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Kəlbəcər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Ölən şəxsin AXCP-nin Abşeron Şöbəsinin üzvü olduğu bildirilir.

Tacxeber.com

Oxşar xəbərlər

“Mehnur”un rəhbərliyi barəsindəki məhkəmə qərarı ilə bağlı QALMAQAL

admin

İran İsrailin Milli Təhlükəsizlik Nazirliyinin binasını vurdu

redaktor

Bayılda partlayış olub – VİDEO – FOTO

redaktor