Dünya

Rusiya Münhen Konfransına dəvət olunmayacaq

Rusiya Münhen Konfransına dəvət olunmayacaq

Rusiya 2023-cü ildə keçiriləcək Münhen Təhlükəsizlik Konfransında iştirak etməyəcək.

Tacxeber.com xəbər verir ki, bu barədə Konfransın sədri Kristof Heusgen özünün tvitter hesabında bildirib.

O, Rusiya tərəfini dəvət etməkdən imtina etdiyini qeyd edib.

“Rusiya hakimiyyəti Münhen Təhlükəsizlik Konfransına dəvət edilməyib. Biz onlara təbliğat platforması verməyəcəyik. Biz Rusiya müxalifətinin liderləri və mühacirətdə olan insanlarla Rusiyanın gələcəyini müzakirə etmək istəyirik. Onların səsi eşidilməlidir”, – Heusgen bildirib.

59-cu Münhen Təhlükəsizlik Konfransı 2023-cü il fevralın 17-dən 19-dək keçiriləcək.

Tacxeber.com

Oxşar xəbərlər

Beynəlxalq internet xəttində iki böyük qəza: Dünyada internet rabitəsində fasilələr yaranıb

redaktor

Trampdan görüş sonrası İLK PAYLAŞIM: “Zelenski bizə hörmətsizlik etdi”

redaktor

Starmer: ABŞ ilə Aİ arasında seçim etmək yanlışdır

redaktor