24 C
Bakı
13 Avqust 2025 22:37
Gündəm

Putin yenidən Əliyevə zəng etdi

Noyabrın 22-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Telefon danışığı zamanı Rusiya, Azərbaycan, Ermənistan liderləri arasında 2022-ci il oktyabrın 31-də Soçidə əldə olunmuş razılaşmaların, eləcə də üç ölkənin yüksək səviyyədə əvvəlki birgə bəyanatlarının praktiki olaraq icrası məsələləri nəzərdən keçirilib.

Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin təmin olunması və Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpa edilməsi üzrə üçtərəfli formatda işin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Energetika sahəsində əməkdaşlığın inkişaf perspektivləri də müzakirə edilib.

Noyabrın 17-də də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etmişdi.

Tacxeber.com

Oxşar xəbərlər

Xaçaturyanı nə qədər cəza gözləyir?

redaktor

Binəqədidə “Vətən” stadionu gecə ilə niyə sökülüb?

admin

İran rəsmisi: Türkiyə ilə savaş olarsa… – Sensasion audio

redaktor