Hadisə

Bakıda qeyri-adi hadisə: Pişiyi düşürmək istədi, özü ağacda qaldı – VİDEO

Fövqəladə Hallar Nazirliyinə Bakı şəhərinin Səbail rayonunda 1 nəfərin hündürlüyü təqribən 8 metr olan ağacdan düşürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Baku.ws xəbər verir ki, müraciətlə əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.

Məlum olub ki, həmin şəxs ağacda qalmış pişiyi düşürmək məqsədilə ağaca dırmanıb və özü köməksiz vəziyyətdə qalıb.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları vətəndaşı ağacdan düşürüblər. Pişik isə xilasedicilər gələnə kimi ağacdan düşə bilib.

 

Oxşar xəbərlər

Salyanda narkotik becərən qonşular yaxalandı

redaktor

Müharibə iştirakçısı olan direktor qəfil vəfat etdi – FOTO

redaktor

Parisdə yəhudi evlərini Davud ulduzu ilə işarələməyə başlayıblar.

admin