20 C
Bakı
24 İyun 2025 07:40
Cəmiyyət

25 ədəd yeni avtobus xəttə buraxılacaq

25 ədəd yeni avtobus xəttə buraxılacaq

Azərbaycan Türkiyənin “Anadolu İsuzu” şirkətindən 25 ədəd 12 metrlik “İsuzu Citiport” markalı avtobus alıb.

Bu barədə məlumat Bakı Nəqliyyat Agentliyindən bildirilib.

AVRO-6 standartlarına cavab verən avtobusların 15-i artıq paytaxta gətirilib. Daha 10 ədəd avtobus isə yaxın vaxtlarda Bakıya çatdırılacaq.

Yeni 15 avtobus 202 nömrəli müntəzəm marşrut xətti üzrə istismara buraxılacaq. Gündəlik 13 min nəfərdən artıq sərnişinin istifadə etdiyi həmin marşrut xətti üzrə avtobusların texniki vəziyyəti qənaətbəxş deyil. Bu xətt üzrə xidmət keyfiyyətinin artırılması ilə bağlı vətəndaşlardan çoxsaylı müraciətlər daxil olur. Yeni avtobusların istismara verilməsi Biləcəri qəsəbəsi istiqamətində sərnişindaşımaların daha rahat və təhlükəsiz formada təşkilinə imkan verəcək.

Gətiriləcək digər 10 ədəd avtobus isə 133nömrəli xətt (Binəqədi qəsəbəsi-Gənclik m/st-sı) üzrə daşımalara cəlb olunacaq.

Son 7 ildə Bakıya 1 500 ədədə yaxın sərnişindaşıma tələblərinə cavab verən orta və iritutumlu avtobuslar gətirilərək istismara verilib. Ümumilikdə müntəzəm marşrut xətləri üzrə istismarda olan avtobusların 70%-i yenilənib. Avtobusların böyük əksəriyyəti dövlət investitisiyası hesabına alınıb.

Tacxeber.com

Oxşar xəbərlər

Maşınınızda bu aksesuarlar varsa, çıxarın! – CƏRİMƏSİ VAR – VİDEO

redaktor

“Melissa Group” beşmərtəbə villanı “gecəqondu” adı ilə sökürmüş – Sahibi danışdı

redaktor

Azərbaycanlı milyonçu İtaliyadakı villasını SATIŞA ÇIXARIB – Təfərrüat + FOTOLAR

admin