23.2 C
Bakı
15 İyun 2026 12:24
Şou

“1 il sonra niyə polisə verib, başa düşə bilmirəm”

“Mən günahım olmasa da, sənətkar olduğunu nəzərə alıb, üzrxahlıq etdim, ancaq qəbul etmədi”.

Tacxeber.com xəbər verir ki, bu sözləri olay-a açıqlamasında Xalq artisti Könül Xasıyeva tərəfindən polisə verilən aparıcı Zaur Kamal söyləyib.

Efirdə sənətçinin valideynləri ilə bağlı verdiyi suala görə, ittiham olunan Kamal bildirib ki, günahı yoxdur:

“Burada mənim günahım yoxdur. Bakupost-a istinadən sual verdim, həmin verilişdən sonra iki dəfə efirimizə gəlib. Üstündən bir il keçəndən sonra bu məsələ ilə bağlı polisə müraciət edib. Bunun da səbəbi nədir, Könül xanımın fikri nədir, bilmirəm. Demişdim ki, efirdə 10 dəqiqə gecikmə var, narazı olsanız, kəsərik. Heç nə etməyib, sonra da bu səbəblə üstümüzə gəlib. Polis məsələni aydınlaşdırır. Sual vermişəm, cavab almışam. Bir ildən sonra niyə müraciət edib, başa düşə bilmirəm”.

Qeyd edək ki, Bakupost-un iddiasına görə, Z.Kamalın ARB-də yayımlanan “Həmin Zaur” verilişində işlətdiyi ifadələri əsas götürərək onu Bakı şəhər Baş Polis İdarəsinə dəvət ediblər.

Tacxeber.com

Oxşar xəbərlər

“Orucam, hacıyam, namazqılanam, bilirəm ki, israfçıları Allah da sevmir”

redaktor

Əlikram Bayramova vəzifə verildi

admin

Azərbaycan kişisi xoşbəxt olmaq istəmir – Lalə Məmmədova

redaktor