Dünya

Tokayevi ilk Nazarbayev təbrik edib

Tokayevi ilk Nazarbayev təbrik edib

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev hazırkı Prezident Kasım-Jomart Tokayevi prezident seçkilərində qələbə qazanması münasibətilə ilk təbrik edən olub.

Tacxeber.com xəbər verir ki, bu barədə sabiq dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

“Qazaxıstan Respublikasında keçirilən prezident seçkilərində inamlı qələbəniz münasibətilə sizi ürəkdən təbrik edirəm! Bu qələbə sizin dövlət başçısı kimi yüksək nüfuzunuza dəlalət edir və xalqın apardığınız genişmiqyaslı islahatlar və yeni təşəbbüslərə sarsılmaz inamının danılmaz sübutu, eləcə də dövlətimizin müstəqilliyinin təhlükə altında olduğu kritik saatlarda göstərdiyiniz mətanət, qətiyyət və müdrikliyin etirafıdır. Sizə hər zaman xalqın bütöv dəstəyi və hörmətindən istifadə etməyi arzulayıram”, – N.Nazarbayev bildirib.

O, noyabrın 20-də keçirilən növbədənkənar seçkilərdə Tokayevi qələbəsi münasibətilə açıq şəkildə təbrik edən ilk şəxs olub. Prezidentliyə hazırkı prezident də daxil olmaqla altı namizəd mübarizə aparır.

Tacxeber.com

Oxşar xəbərlər

“Taliban” İsrail ərazisinə girmək üçün üç ölkəyə müraciət etdi

redaktor

Son dəqiqə: İbrahim Tatlısəs qəzaya düşdü – Fotolar

admin

“”Pautina” əməliyyatından sonra Rusiya sübut etməyə çalışır ki, hələ də təyyarəmiz var!”

redaktor