24 C
Bakı
13 Avqust 2025 22:14
Dünya

İrəvanda Njdenin abidəsi təhqir edildi

Ermənistanda faşist ideologiyasının öncüllərindən olan Qaregin Njdenin abidəsi təhqir olunub.

Tacxeber.com xəbər verir ki, faktı Ermənistanın Daxili İşlər Nazirliyi də təsdiqləyib. Bildirilib ki, faşist Njdenin abidəsi üzərində təhqiramiz fikirlər yazılıb.

Nazirlikdən bildirilib ki, Njdenin və Argentinanın milli qəhrəmanı Manuel Belqranonun abidəsini təhqir edənlər saxlanılıb. Onların 29 və 39 yaşlı şəxslər olduğu vurğulanıb.

Xatırladaq ki, Njdenin heykəli İrəvandakı “Respublika meydanı” metrostansiyasının yanında, Belqranonun büstü isə Argentina meydanındadır.

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna addım-addım əraziləri azad edir – Ruslar geri çəkilir.

admin

Putin imkan versəydi, Kiyevi götürərdim – Kadırov

redaktor

İsrail ordusu HƏMAS-ın Siyasi Büro üzvünü ÖLDÜRÜB – VİDEO

redaktor