7 C
Bakı
28 Dekabr 2025 08:36
Hadisə

Bakıda avtomobildə sürücü müştərini döyüb

Bakıda avtomobildə sürücü müştərini döyüb

Bakıda avtomobildə sürücü müştərini döyüb.

Tacxeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə noyabrın 18-də saat 23 radələrində Pirşağı qəsəbəsi ərazisində “Hyundai” markalı bir avtomobilin sürücüsünün Bakı şəhər sakini Ə.Nəcəfovu döyüb mobil telefonunu və qızıl bilərziyini quldurluq yolu ilə talaması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Samir Rzazadə müəyyən edilərək saxlanılıb.

Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Oxşar xəbərlər

“Qara qutu” üç ölkənin iştirakı ilə AÇILACAQ

redaktor

Hipermarketə basqın edən silahlının saxlanma anının görüntüləri yayıldı – VİDEO

redaktor

Müştərinin çənəsini sındıran “Yelo Bank”ın filial müdiridir

admin