İdman

İlk oyunun qalibi Ekvador oldu – DÇ-2022

Bu gün futbol üzrə sayca 22-ci dünya çempionatına start verilib.

 Qətərdə keçiriləcək mundialın açılış günündə meydan sahibləri Ekvadorla qarşılaşıb və 0:2 hesabı ilə uduzub. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayıb.

 

A qrupunun digər oyununda sabah Bakı vaxtı ilə saat 20:00-da Seneqal Niderlandla qarşılaşacaq.

20 noyabr

Dünya çempionatı

A qrupu

20:00.Qətər – Ekvador – 0:2

Qol: Valensiya,  16-pen, 32

29 gün davam edəcək futbol bayramında 32 komanda hərəsində 4 yığma olmaqla 8 qrupda mübarizə aparacaq. Qrup mərhələsinin oyunları dekabrın 2-də başa çatacaq. Dekabrın 3-dən 6-dək 1/8 final oyunları keçiriləcək, bundan sonra dünya çempionatına üç günlük fasilə veriləcək.

Dörddəbir final görüşləri dekabrın 9-da və 10-da, yarımfinal görüşləri dekabrın 13-ü və 14-də, üçüncü yer uğrunda matç dekabrın 17-də, final isə dekabrın 18-də keçiriləcək

Qeyd edək ki, ilk dəfədir ki, dünya çempionatı yay fasiləsində deyil, mövsümün gedişində keçiriləcək. Bu yarış həm də 32 komandanın iştirakı ilə keçiriləcək sonuncu mundial olacaq. Artıq 2026-cı ildən dünya çempionatında 48 komanda mübarizə aparacaq.

DÇ-2022-də qrupların tərkibi

A qrupu: Qətər, Ekvador, Seneqal, Niderland
B qrupu: İngiltərə, İran, ABŞ, Uels
C qrupu: Argentina, Səudiyyə Ərəbistanı, Meksika, Polşa
D qrupu: Fransa, Avstraliya, Danimarka, Tunis
E qrupu: İspaniya, Kosta-Rika, Almaniya, Yaponiya
F qrupu: Belçika, Kanada, Mərakeş, Xorvatiya
G qrupu: Braziliya, Serbiya, İsveçrə, Kamerun
H qrupu: Portuqaliya, Qana Uruqvay, Cənubi Koreya

Tacxeber.com

 

Oxşar xəbərlər

“Bilet satışı ilə məşğul olan şirkətin 100 min girişə dözə bilməməsi…”

admin

“Qarabağ”ı “Qarabağ” edən səbr yiyəsi…

admin

““Bayer”lə oyun “Qarabağ” üçün böyük təcrübədir” – Qurban Qurbanov

admin