30 C
Bakı
12 Avqust 2025 10:54
Cəmiyyət

İcra başçısının bu fotosu müzakirələrə səbəb oldu – FOTO

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Təklə-Abazallı, Təklə-Şorbaçı-Mədətli-Novruzallı-Şötüklü-Bayxanlı-Məlikqasımlı, Şötüklü-Dostallı-Məşədilər-Məmmədrzalı-Şorbaçı marşrutu üzrə kəndlərarası avtomobil yolunda olmuş, görülən işlərin keyfiyyəti ilə maraqlanıb.

Şəhərdə piyadaların rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması üçün piyada səkiləri yenidən qurulur və piyada səkiləri olmayan küçələrdə isə yeni piyada səkiləri inşa edilir. Rafiq Cəlilov Cəlilabad şəhəri Heydər Əliyev prospektində yeni salınan piyada səkilərində görülən işlərin keyfiyyəti ilə maraqlanmış, tikinti işləri ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tövsiyə və tapşırıqlarını verib.

R.Cəlilovun fotoları sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bildirilib ki, icra başçısının asfalt örtüyünə diqqətlə baxmasının səbəbi örtüyün qalınlığına görədir.

Məqaləyə dair fotomateriallar:

Tacxeber.com

Oxşar xəbərlər

Sürücülərin nəzərinə: Qırmızı işıqda qalmamaq üçün bilməli olduğunuz qayda

redaktor

Mədəniyyət Nazirliyi AZAL-dan təyyarə icarəyə götürdü – 174 min manata

redaktor

Yüksək vəzifəyə təyin edilən Aqil Qurbanov kimdir? – DOSYE

redaktor