30 C
Bakı
09 Avqust 2025 13:48
GündəmSiyasət

“Fransanın erməniləri oynatmaqla bağlı zəngin təcrübəsi var”

“Fransanın erməniləri oynatmaqla bağlı kifayət qədər zəngin təcrübəsi var”.

Tacxeber.com xəbər verir ki, bunu “Dünyada baş verən proseslərin Ermənistana təsiri” mövzusunda müzakirə zamanı politoloq Arqişti Kiviryan deyib.

Onun sözlərinə görə, Fransa Senatın qərarını Azərbaycanla ticarət obyektinə çevirəcək: “Üstəlik, Senatın qərarı məsləhət xarakteri daşıyır”.

Analitikin fikrincə, Fransa həqiqətən də Ermənistana kömək etmək istəsəydi, 44 günlük müharibə zamanı Ermənistanı silah, sursat və kəşfiyyatla təmin edə bilərdi:

“Məndə olan məlumata görə, Azərbaycan fransızların yaratdığı peyk sistemlərindən kifayət qədər çoxlu kəşfiyyat məlumatları alır. Əgər Fransa hazırda Ukraynaya verilən silahların 10 faizini Ermənistana versəydi, bu, hətta hüquqi qüvvəsi belə olmayan bəyanatlardan 100 dəfə təsirli olardı. Siyasətdə belə bəyanatlar qarşı tərəfə ünvanlanmış ticarət təklifidir. Fransanın çox təsirli silah növləri var ki, Ermənistan onlardan bir patron belə almayıb”.

Tacxeber.com

Oxşar xəbərlər

Şimali Koreya əsgərləri Rusiyanın Xalqlar Dostluğu Universitetinin  müəlliməsini zorladı…

redaktor

Tramp səhnədə yolu itirən Baydeni yamsıladı – VİDEO

redaktor

Sinqapur-London marşrutu ilə hərəkət edən təyyarə Bakıda qəza enişi etdi – FOTO

admin