12 C
Bakı
25 Mart 2026 15:32
DünyaGündəm

Ukrayna dronu Donbassda əsgəri əsir götürdü – Video

Ukrayna hərbçiləri bütün mümkün texnikadan istifadə edərək rusiyalılara qarşı mübarizəni davam etdirir.

Tacxeber.com xəbər verir ki, bu mübarizədə dronlar böyük rol oynayır.

Ukrayna dronlarının havada döyüşünü əks etdirən videodan sonra indi də başqa bir dron görüntüsü yayımlanıb. Videogörüntüdə Ukrayna dronu Donetsk istiqamətində “Vaqner” əsgərini əsir götürür.

Video könüllü Serqey Pritula tərəfindən paylaşılıb. Görüntülər ona 54-cü Xüsusi Mexanikləşdirilmiş Briqadanın K2 bölməsindən təqdim edilib.

“Bu uğursuzun bölməsi məhv edildi, ona görə də onun əllərini və ağ bayrağı qaldırmaqdan başqa çarəsi qalmadı. Dron gəldi, “Arxamca gəl” işarəsini verdi və əsgərlərimizin onu gözlədiyi yerə apardı”, – deyə o, videoya verdiyi şərhdə bildirib.

(Oxu.az)

Oxşar xəbərlər

“Belə məmurları işdən çıxarmağa başlayacam” – Kadırov

redaktor

Alimlər Marsda “qurumuş insan başı” aşkar edib?..

admin

Rusiya əcnəbi muzdlulara Krımda təlim keçir

redaktor