DünyaGündəm

Ukrayna dronu Donbassda əsgəri əsir götürdü – Video

Ukrayna hərbçiləri bütün mümkün texnikadan istifadə edərək rusiyalılara qarşı mübarizəni davam etdirir.

Tacxeber.com xəbər verir ki, bu mübarizədə dronlar böyük rol oynayır.

Ukrayna dronlarının havada döyüşünü əks etdirən videodan sonra indi də başqa bir dron görüntüsü yayımlanıb. Videogörüntüdə Ukrayna dronu Donetsk istiqamətində “Vaqner” əsgərini əsir götürür.

Video könüllü Serqey Pritula tərəfindən paylaşılıb. Görüntülər ona 54-cü Xüsusi Mexanikləşdirilmiş Briqadanın K2 bölməsindən təqdim edilib.

“Bu uğursuzun bölməsi məhv edildi, ona görə də onun əllərini və ağ bayrağı qaldırmaqdan başqa çarəsi qalmadı. Dron gəldi, “Arxamca gəl” işarəsini verdi və əsgərlərimizin onu gözlədiyi yerə apardı”, – deyə o, videoya verdiyi şərhdə bildirib.

(Oxu.az)

Oxşar xəbərlər

Mobil telefonlar təhlükəli şüalanma mənbəyidir? – Araşdırmanın nəticələri…

admin

Tural Sadıqlının əmisinin üstündən qumbara çıxıb. Lazım olsaydı lap tank da çıxardı, helikopter də.

admin

Ona görə də Trampın Rusiyaya qarşı vəd etdiyi sanksiyaların işə düşəcəyi proqnozlaşdırılır.

admin