Hadisə

Sərhəddən yük maşınında təyyarə keçirməyə cəhd etdi…-FOTOLAR

Ukraynanın Odessa vilayətində gömrükçülər bir vətəndaşın Moldovaya keçirmək istədiyi yüngül təyyarəni saxlayıblar.

 

Moderator.az “UNİAN”a istinadla xəbər verir ki, Odessa gömrük idarəsi mətbuat xidmətinin məlumatına görə, Ukrayna vətəndaşı “CESSNA 182R” markalı uçağı Starokazaçye-Tudora keçid məntəqəsindən yük maşınının qoşqusunda Moldovaya aparırmış.

 Gömrük rəsmiləşdirmələri aparılarkən məlum olub ki, təyyarə Ukraynaya  3 ay əvvəl bitmiş müddət ərzində təkrar ixrac öhdəliyi ilə gətirilib. Eyni zamanda, qanunvericilikdə nəzərdə tutulmuş müvəqqəti idxal müddətinin uzadılması ilə bağlı müraciət gömrük orqanına daxil olmayıb.

 

Təyyarə müvəqqəti olaraq müsadirə edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Bəlkə də “dostu Vladimirin” məhz Maskla flörtü Trampı bu qədər qıcıqlandırır?

admin

“Azəryolservis” ASC sakinlərin pay torpağına gedən yolu zəbt edib – VİDEO

admin

Aqil Abbas Türkiyədə müalicə olunur? – Köməkçisi danışdı.

admin