10 C
Bakı
23 Mart 2026 11:52
DünyaGündəm

KİV: “Rusiyada müharibə fonunda kişi məhbusların sayı iki ayda rekord həddə azalıb”

KİV: “Rusiyada müharibə fonunda kişi məhbusların sayı iki ayda rekord həddə azalıb”
KİV: “Rusiyada müharibə fonunda kişi məhbusların sayı iki ayda rekord həddə azalıb”

2022-ci ilin sentyabr və oktyabr aylarında Rusiya islah koloniyalarında məhbusların sayı 23 min nəfər azalıb. 2010-cu ildən bu yana statistikada belə kəskin sıçrayışlar olmayıb. Hətta son illərin ən kütləvi amnistiyası belə qısa müddət ərzində daha az sayda rusiyalını azad edib.

“Report” xəbər verir ki, bu barədə “Mediazona” nəşri yazıb.
Məlumata görə, məhbusların sayının azalması koloniyalarda “Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) koloniyalarda döyüşçülərin cəlb edilməsi fonunda baş verir.
Avqustun əvvəlində islah koloniyalarında təxminən 349 min nəfər saxlanılıb. Noyabrın əvvəlinə onlardan 325 mini qalıb, 23 mindən çox insan isə koloniyalardan yoxa çıxıb.
“2022-ci ildə Dövlət Duması amnistiya elan etməyib, məhbusların ağır vəziyyətini yüngülləşdirməli olan qanunlar da qəbul etməyib”, – nəşr vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Məsud Pezeşkian: “Biz İranı azərbaycanlıların ikinci Vətəni hesab edirik”

redaktor

Patriot”ların Ukraynaya təhvil verilməsi… – Kuleba

admin

Məşhur müğənni səhnədə ŞOK yaşadı – FOTO

redaktor