24 C
Bakı
14 Avqust 2025 00:06
Dünya

Sərhəddən yarım milyonluq şampan keçirmək istəyən qadın saxlanıldı

Rusiyalı qadın Türkiyədən qanunsuz olaraq 520 milyon rubl dəyərində şampanı sərhəddən keçirmək istəyib. O, Şeremetyevo Beynəlxalq Hava Limanında gömrükçülər tərəfindən saxlanılıb.

Tacxeber.com lenta.ru-ya istinadla xəbər verir ki, bu barədə hava limanının gömrük idarəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, gömrükçülər baqaja baxış zamanı Dalaman-Moskva reysi ilə uçan 38 yaşlı sərnişindən “Louis Roederer Champagne Cristal” adlı on şüşə elit şampan aşkar ediblər. Malların ümumi dəyəri yarım milyon rubldan çoxdur.

Sərnişin Rusiya Cinayət Məcəlləsinin “Gömrük İttifaqının gömrük sərhədindən alkoqollu məhsulların külli miqdarda qanunsuz keçirilməsi” maddəsi ilə məsuliyyətə cəlb olunub.

Tacxeber.com

Oxşar xəbərlər

İrəvan dalana dirənib, qarşısında Bakının üç tələbi var” – Zatulin

admin

Araik detalları AÇIQLADI – Ermənistanda həyəcan YAŞANIR

redaktor

Putinin rəsmi saytı hücuma məruz qaldı

redaktor