16 C
Bakı
28 Sentyabr 2025 02:22
Dünya

İsraildən Azərbaycanın səfirlik qərarına reaksiya

“Azərbaycan İsrailin mühüm tərəfdaşıdır və müsəlman dünyasında ən böyük yəhudi icmalarından birinin vətənidir”.

Tacxeber.com xəbər verir ki, bunu İsrailin Baş naziri Yair Lapid tviterdə yazıb.

O, rəsmi Bakının İsraildə səfirlik açmaq qərarını alqışladığını bildirib.

“Səfirlik açmaq qərarı iki ölkə arasında münasibətlərin dərinliyini əks etdirir. Bu addım İsrail hökumətinin müsəlman dünyası ilə möhkəm siyasi körpülər qurmaq səylərinin bəhrəsidir”, – hökumət başçısı vurğulayıb.

Y. Lapid, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə təşəkür edib və ilk dəfə İsraildə səfirlik səviyyəsində təmsil olunacaq Azərbaycan xalqını təbrik edib.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya PUA istehsal edə bilmir – Səbəb

admin

İranda cinsiyyətini dəyişdirənlərin sayı kəskin artır.

admin

Zelenski: İstefa verməyə hazıram, amma…

redaktor