Hadisə

İraqda ölənlərin sayı artdı

İraqın Süleymaniyyә şәhәrindә qaz sızması sәbәbindәn baş verәn partlayış nәticәsindә hәyatını itirәnlәrin sayı 11 nәfәrә çatıb.

Tacxeber.com xəbər verir ki, bu barәdә Süleymaniyyә valisi Hevel Әbubәkirin ofisi bәyanat yayıb.

Bildirilib ki, partlayış nәticәsindә 11 nәfәrin hәyatını itirib.

Eyni zamanda, 12 nәfәrin xәsarәt aldığı qeyd olunub.

Vali Әbubәkir isə bildirib ki, xәstәxanaya yerlәşdirilәn 8 nәfәr evә buraxılıb.

O, 4 nәfәrin xәstәxananın reanimasiya şöbәsindә müalicә olunduğunu deyib.

Qeyd edәk ki, partlayış sәbәbindәn şәhәrdә bir günlük matәm elan olunub.

Tacxeber.com

Oxşar xəbərlər

Bakı Dövlət Universitetinin dosenti Nərman Süleymanov (Qocatürk) noyabrın 18-də yaşadığı evdə ölü tapılıb

redaktor

Faciələrin qarşısını necə ala bilərik?

redaktor

Krım körpüsünə hücum Rusiya–Niderland gərginliyi yaradıb

admin