CəmiyyətDünya

İlham Əliyevdən ömürlük məhkumlarla bağlı qanun

Azərbaycanda ömürlük məhkumlar həftədə bir dəfə videogörüş keçirəcəklər.

Tacxeber.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin noyabrın 18-də Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunun imzalanması ilə mümkün olub.

Dəyişikliklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər həftədə iki dəfə, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər isə həftədə bir dəfə müddəti on beş dəqiqə olmaqla telefonla danışmaq və ya videogörüş keçirmək hüququna malik olacaqlar.

Şəhərlərarası telefon danışıqlarının haqqı məhkumun şəxsi vəsaiti hesabına və ya yaxın qohumları tərəfindən ödəniləcək. Texniki imkanlar olmadıqda bir telefon danışığı və ya videogörüş bir qısa müddətli görüşlə əvəz ediləcək.

Həmçinin cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar arasında yaxın qohumlar istisna olmaqla videogörüşlərə icazə verilməyəcək.

Tacxeber.com

Oxşar xəbərlər

Qız qaçıran kişi maşının baqajında ölü tapıldı

admin

Kamran Əliyev köməkçisinə yeni VƏZİFƏ VERDİ

redaktor

Senat prezidenti: “Meksika hökuməti və dövləti “erməni soyqırımı”nı tanımır” – VİDEO

redaktor