15 C
Bakı
30 Mart 2026 21:36
Sağlamlıq

Hər gün kivi yemək xərçəng riskini azaldır

Tayvan Tibb Məktəbi tərəfindən aparılan tədqiqatların nəticəsində belə aydın olub ki, kivi bağırsağın fəaliyyətini yaxşılaşdırır və həzmi asanlaşdırır.

Mütəxəssislər 4 həftə kivi istifadəsindən sonra həzmsizlikdən şikayət edənlərin problemlərində 45% azalma təsbit ediblər.

Bu meyvə, eyni zamanda lif baxımından da çox zəngindir. 100 qram bananda 1.6 qram lif mövcud olduğu halda, kividə 3.4 qramdır. O, həm də xolesterolu aşağı salır.

Bristol Universiteti tərəfindən aparılan təcrübələr nəticəsində lif baxımından zəngin olan kivinin bağırsaq xərçənginin qarşısını aldığı da sübut edilib. Bu liflər tərəfindən ötürülən turşu xərçəngə səbəb olan genlərin aktivləşməsinə maneə törədir.

Kivinin, həmçinin, yuxusuzluqdan əziyyət çəkənlərə də xeyri var. Yüksək miqdarda kalsium ehtiyatı olan kivini yatmazdan bir saat əvvəl yesəniz, daha rahat yuxuya getməyinizə imkan yaradar. Eyni zamanda, fiziki yorğunluğunuzu çıxarmağa və özünüzü gümrah hiss etməyə kömək olar.

Tacxeber.com

Oxşar xəbərlər

Qalxanvari vəz xərçənginin 2 qeyri-adi əlaməti

redaktor

Həyəcan təbili: Gənclər arasında xərçəng artır

redaktor

Diyetoloq duza qoyulmuş xiyarın ziyanından danışdı

redaktor