10 C
Bakı
27 Mart 2026 08:13
Sağlamlıq

Faydasından çox zərəri olan vitamin əlavələri – Xərçəng riski

Artıq neçənci elmi araşdırmadır ki, alimlər Qida əlavələri, dəbdə olan BAD-ların xərçəng riskini yüksəltdiyini sübut edir.

Hal-hazırda apteklərdə çox satılan, həkimlərin hər reseptə əlavə etdiyi qida əlavələri insan rasionunu zənginləşdirmək və vitamin əskikliyini aradan qaldırmağa hesablanıb.

Elmi araşdırmalar göstərib ki, uzun müddət, çox və davamlı qida əlavələri qəbul edən insanlarda xərçəng daha çox aşkarlanır. Alimlər bunun mexanizmini aça bilməyib, amma ehtimal var ki, BAD-lar molekulyar səviyyədə dəyişiklik yaradır.

Tablet, toz, çay, suspenziya formasında olan qid əlavələri özündə mineral, vitamin və lazımlı maddələri cəmləşdirir.

Bir çox insanlar xərçəngdən qorunmaq üçün belə əlavələri ömür boyu qəbul edir. Amma sübut olunub ki, BAD-lar sağlamlıq üçün elə də faydalı deyil və insanı xərçəngdən qorumur.

Bu o demək deyil ki, insanlar daha vitamin qəbul etməsin. Əgər onları lazım olan dozada qəbul etsələr faydalı ola bilər.

Amma nəzərdə tutun ki, heç bir tablet, BAD təbii, faydalı, zəngin qidalanmanı əvəz etmir.

Bir neçə vitamin və mineralı özündə birləşdirən BAD-lar faydadan çox zərər verir. (Medicina)

Tacxeber.com

Oxşar xəbərlər

İnsanları təşvişə salan “öpüş” virusu nədir? – BİLMƏDİKLƏRİMİZ

redaktor

Uşaqlarda dilaltı pərdə kəsilməlidir, yoxsa yox?

redaktor

Myasnikov: “Bu vitaminin çatışmazlığı yoluxucu xəstəliklərin artmasına gətirib çıxarır”

redaktor