16 C
Bakı
27 Sentyabr 2025 01:20
GündəmKriminal

Evində spirtli içki hazırlayan şəxs tutulub

Evində spirtli içki hazırlayan şəxs tutulub

Nərimanov rayonunda yaşadığı evdə gizli sex
yaradaraq saxta spirtli içkilər hazırlayan şəxs saxlanılıb

DİN-dən “Operativ Media”ya verilən xəbərə görə, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində saxta spirtli içkilər hazırlayan şəxs saxlanılıb. Daxil olan əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı Nərimanov rayonunda yaşayan Samir Qurbanov tutulub. Onun evində yaratdığı gizli sexə baxış zamanı kustar üsulla hazırladığı xeyli sayda araq, tekila, həmçinin müxtəlif adlar altında qablaşdırılmış saxta spirtli içkilər, qapaqlar, texniki spirt və sair maddi sübutlar aşkar olunaraq götürülüb. Aşkar edilən saxta spirtli içkilərin ekspertizası zamanı müəyyən edilib ki, həmin məhsullar istifadəyə yararsızdır.

Faktla bağlı 16-cı Polis Bölməsində toplanan matetriallar Nərimanov Rayon Polis İdarəsinə göndəərilib, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Tacxeber.com

   

Oxşar xəbərlər

Dərs tapşırığı üçün ideya fikirləşdi, 1,5 milyon dollar investisiya aldı – Müsahibə

admin

Marketlərdə bu tarixdən polietilen torbalar pullu olacaq

redaktor

Putinin şəxsi həyatı və övladları – yeni rezonans doğuran ARAŞDIRMA

admin