24 C
Bakı
23 İyun 2025 13:26
Hadisə

Erməni generallar qəzaya düşdü


Noyabrın 16-da İrəvanda böyük avtomobil qəzası baş verib.

Tacxeber.com Ordu.az-a istinadən xəbər verir ki, saat 13:00 radələrində köhnə Saralanc yolundan xalq arasında “Kukuriznik” kimi tanınan Teryan küçəsinə gedən hissədə “Toyota Land Kruiser” və Gürcüstan dövlət nömrə nişanlı “Toyota Kəmri” markalı avtomobillər toqquşub.

Məlumata görə, qəza nəticəsində 1 nəfər fiziki xəsarətlərlə 1 saylı universitet xəstəxanasına yerləşdirilib.

“Toyota Land Kruiser”in sürücüsü Qarabağdakı qanunsuz “hərbi birləşmənin keçmiş komandiri”, erməni general Levon Mnatsakanyan olub. Erməni general Samvel Oqanovski də hadisə yerində olub.

Patrul xidməti və istintaq şöbəsi sürücülərin və xəsarət alanların şəxsiyyətini müəyyənləşdirir.

Tacxeber.com

Oxşar xəbərlər

Kanal 13-ün rəhbəri Əziz Orucov saxlanılıb

redaktor

Nərminin atası ömürlük həbs istədi, prokuror isə…

admin

Azərbaycanda ilin ən qalmaqallı hadisələri – VİDEO

redaktor