26 C
Bakı
12 Sentyabr 2026 15:28
Gündəm

Çavuşoğlu: “Türk dünyası heç kimə boyun əyməz”

Türk dünyası istər AB-dən, istərsə də ABŞ-dan gələn heç bir təhlükə qarşısında boyun əymir​.

Tacxeber.com “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatına müşahidəçi üzvlüyünə münasibət bildirərkən deyib.

“ABŞ-a deyirik ki, onlar həm Türkiyə-Yunanıstan münasibətlərində, həm də Kıbrısda balansı pozublar. Beynəlxalq hüquqdan danışırsınızsa, balanslı olun. Türk dövrü, türk baharı başlayıb. Deyə bilərik ki, Quzey Kıbrısın Türk Dövlətləri Təşkilatına üzvlüyü ilə yeni dövr açılıb və bu məsələdə nə ABŞ-ın, nə də başqasının icazəsinə ehtiyacımız yoxdur”, – deyə Çavuşoğlu vurğulayıb.

Qeyd edək ki, Avropa İttifaqıŞimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatına müşahidəçi üzvlüyü ilə bağlı qərarı pisləyib.

Tacxeber.com

Oxşar xəbərlər

Boks Federasiyasının hakiminin işgəncə iddiası: “Boynuna almalısan, əks halda qardaşını da tutacağıq”

admin

Ziyalılar belə öz rəhbərini normal seçə bilmirsə

redaktor

Husilər kimdir, haradan çıxdı?

redaktor