28 C
Bakı
11 Avqust 2025 22:00
GündəmHadisə

Bakıda keçmiş qayınata kürəkəninə hədiyyə adı ilə qumbara göndərib? – VİDEO

Bakıda “karqo şirkətindən gəlmişik” deyib evə hədiyyə gətirənin paketindən qərənfil və qumbara çıxıb.

Tacxeber.com-ın məlumatına görə, hadisə ötən gün Bakının Nəsimi rayonu, Alı Mustafayev küçəsi 1 ünvanında, paytaxt sakini Ceyhun Cəfərzadənin evində baş verib.

Zərərçəkmiş deyir ki, anası ona zəng vuraraq, “oğlum, sənə hədiyyə göndəriblər” deyib. Ev sahibi isə qapını açmayıb.

Vəziyyətdən şübhələnən Ceyhun Cəfərzadə dərhal 102-i xidmətinə məlumat verib. Hadisə yerinə ərazi üzrə 19-cu polis şöbəsinin əməkdaşları gəlib baxış keçiriblər.

Sonra FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları təhlükəsizliyi təmin etməklə qumbaranı mənzilin qarşısından götürüblər. Polis isə əməliyyat-axtarış tədbirlərinə başlayıb. Ceyhun Cəfərzadə iddia edir ki, qumbaranı mənzilinə keçmiş qayınatası Tiflisxan Bayramov göndərib.

Məsələ ilə bağlı adıçəkilən Tiflisxan Bayramovla əlaqə saxladıq. O, barəsində səslənən iddiaların əsasız olduğunu dedi.

Ceyhun Cəfərzadənin keçmiş qayınatası onu da bildirib ki, bu işə görə polis onu çağırıb və izahatını alıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı araşdırma aparılır, məsələyə hüquqi qiymət veriləcək.

Daha ətraflı süjetdə:

Tacxeber.com

Oxşar xəbərlər

Siz axı kimsiniz və hansı məzhəbə qulluq edirsiniz? – Çingiz Abdullayev olayına REAKSİYA

redaktor

“Zəlzələ peyğəmbəri“ndən yeni açıqlama: Bu tarixdə yenə olacaq

redaktor

Blinkenin zəngi, səfirin gəlişi, sərhəddə görüş – Nahid Cəfərovla müzakirə

admin