26 C
Bakı
16 Avqust 2026 04:21
İqtisadiyyat

Aİ Rusiyanın 68 milyard avroluq aktivlərini DONDURDU

Avropa İttifaqı Rusiyanın 68 milyard avroluq aktivlərini dondurub.

Bu barədə “Politico” qəzeti Avropa Komissiyasının daxili sənədinə istinadən məlumat yayıb.

Bildirilib ki, sənədə əsasən, Belçikanın payına təxminən 50 milyard avro düşür. 5,5 milyard avro ilə Lüksemburq ikinci yerdədir.

Qeyd edək ki, Avropa Komissiyası indi Avropa Şurasından sanksiyalardan yayınmağı cinayət hesab edən qanun qəbul etməyi gözləyir. Bu tədbir aktivlərin müsadirəsi prosesini sadələşdirəcək. Qanunun qəbuluna Polşa mane olur.

Avropa Komissiyasının nümayəndəsi Kristian Viqand oktyabrda bildirib ki, Aİ Rusiyanın 17,5 milyard avro məbləğində aktivlərini dondurub. Ümumilikdə dondurulmuş ehtiyatların təxminən 300 milyard dollar olduğu bildirilir. (KONKRET.az)

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan benzini İrəvanda, erməni malları Bakıda

redaktor

Azərbaycanda iyulda illik inflyasiya 5,8 faiz olub, ərzaq 7,3 faiz bahalaşıb

admin

Rəqəmlər həyəcan siqnalı verir: Azərbaycanda tikinti daralır

redaktor