Dünya

Müharibəyə görə Rusiya yüzlərlə agentini itirdi

Müharibəyə görə Rusiya yüzlərlə agentini itirdi

“Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsi zamanı xaricdəki rus kəşfiyyat şəbəkəsinə müasir tarixdə ən güclü zərbə vuruldu”.

Tacxeber.comBBC-yə istinadən xəbər verir ki, bunu Britaniyanın Mİ-5 əks-kəşfiyyatının rəhbəri Ken Makkallum deyib

Böyük Britaniyanın üzləşdiyi təhdidlərə dair illik hesabatında əks-kəşfiyyat rəhbəri bütün dünyada Rusiya səfirliyinin 600-dən çox əməkdaşının ölkədən çıxarıldığını, onlardan 400-dən çoxunun casus olma ehtimalının olduğunu bildirib.

“Bu, Avropanın yaxın tarixində Rusiya kəşfiyyatına ən güclü strateji zərbə oldu”, – Makkallum qeyd edib.

Mİ-5 rəhbəri bildirib ki, diplomatik pərdə altında işləyən 23 rusiyalı kəşfiyyatçı təkcə Böyük Britaniyadan qovulub.

Tacxeber.com

Oxşar xəbərlər

İlon Mask: Soros bəşəriyyətə fundamental səviyyədə nifrət edir…

admin

Qadın Ərdoğana “qocalıb” dedi – Türk liderin cavabı…

redaktor

Məni rus agentlər zəhərlədi – Saakaşvili

redaktor