21 C
Bakı
22 İyun 2025 23:06
Dünya

Müdafiə Nazirliyi: Ağdam və Xocalıda qanunsuz erməni silahlı birləşmələrinin fəaliyyətlərinin qarşısı alınıb

Noyabrın 17-si saat 09:55-dən 14:45-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin üzvlərinin Ağdam və Xocalı rayonları ərazilərində döyüş mövqelərinin möhkəmləndirilməsi məqsədilə mühəndis tədbirləri icra etmələri Ordumuzun bölmələri tərəfindən müşahidə edilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bu kimi fəaliyyətlər Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladıqları üçtərəfli bəyanatın tələblərinin kobud şəkildə pozulmasıdır.

Həyata keçirilən qanunsuz fəaliyyətlərin qarşısının alınması məqsədilə Ordumuzun bölmələri tərəfindən zəruri tədbirlər görülüb.

Tacxeber.com

Oxşar xəbərlər

“TikTok” fenomeni dəhşətli qəzada ÖLDÜ

admin

Abdullayevanın Makrona dediyi sözlər erməniləri qəzəbləndirdi

redaktor

AP: Zelenskinin Oval kabinetdə alçaldılması Qərb müttəfiqlərinin Trampa təsir edə bilmədiyini göstərdi

redaktor