24 C
Bakı
22 İyun 2025 13:45
Cəmiyyət

Azərbaycanda 70 yaşlı şəxs baş həkim təyin olundu – Haqqında cinayət işi açılmışdı

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə Tərtər Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olunub.

Sabahinfo.az-a daxil olan məlumata görə, 70 yaşlı Nağıyev Bəkir Hüseyn oğlu adıçəkilən posta gətirilib.

Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, 70 yaşlı Bəkir Nağıyev uzun müddət Tərtər rayonunda Əlilliyin Təyinatı üzrə Həkim Komissiyasının sədri vəzifəsində çalışıb. Həkimlər Şurasının sədri olub.

Bildirilir ki, Bəkir Nəbiyevin buradakı fəaliyyəti bir müddət əvvəl Baş Prokurorluq tərəfindən araşdırılıb, onun rəhbərlik etdiyi “VİTEK”in fəaliyyətindəki nöqsanlarla bağlı cinayət işi də açılıb.

Bəkir Nəbiyevin oğlu Respublika Baş Prokurorluğunda Korrupsiya İdarəsinin şöbə prokurorudur.

Tacxeber.com

Oxşar xəbərlər

İsrailin casus proqramı ilə jurnalist və fəalların “WhatsApp”ını sındırmaq istəyiblər.

admin

“Kişilərin əvvəlki gücü qalmayıb” – Samirə

redaktor

Yayılmış öskürəklə bağlı həkimdən xəbərdarlıq: qansızma da ola bilər

redaktor