21 C
Bakı
12 Avqust 2025 05:48
Şou

“Alla, səni sevirəm”

Rusiyanın Xalq artisti Alla Puqaçova ilə həyat yoldaşı, şoumen Maksim Qalkinin evlilik ildönümüdür.

Axşam.az xəbər verir ki, 21 ildir ailəli olan cütlük bu gün münasibəti ilə bir-birilərini sosial media üzərindən təbrik ediblər. Puqaçova Qalkinin ona göndərdiyi gülləri paylaşaraq yazıb:

“Bu gün bizim günümüzdür, sevgilim. 21 il birlikdə. Mənə göndərdiyin güllərə görə təşəkkür edirəm. Səni görmək üçün səbirsizlənirəm. Heç olmasa, bir günlüyə gəl”.

Avropada qastrol səfərində olan Qalkin isə buna “Hər gün gələcəyəm” şəklində reaksiya verib.

Həmçinin o da özəl günləri ilə bağlı paylaşım edib və bunları yazıb:

“21 il birlikdə. Alla, səni sevirəm. Bu gün birinci ildəki kimi və bir az daha”.

O, sonda “M.Qalkin Rusiyanın Ədliyyə Nazirliyi tərəfindən xarici agent kimi tanınıb” sözlərini də yazıb.

Qeyd edək ki, Puqaçova Qalkin və uşaqları ilə birlikdə Rusiyanın Ukraynaya hücümundan sonra İsrailə köçüb.

Tacxeber.com

Oxşar xəbərlər

Yalandan boşandıqlarını dedilər

redaktor

Efirdə müğənni-aparıcı davası: “Hülya Avşar sənətimin yanında heç kimdir”

redaktor

Qızını məcbur aborta göndərdi, özündən 17 yaş kiçik aktyorla eşq yaşadı, övladı ilə eyni xəstəxanada can verdi…

admin