7 C
Bakı
26 Dekabr 2025 23:15
Gündəm

Zelenskinin xanımından Qobustanla bağlı paylaşım – Foto

Zelenskinin xanımından Qobustanla bağlı paylaşım - Foto

Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı, ölkənin birinci xanımı Yelena Zelenskaya Azərbaycanın Qobustan Dövlət Tarixi-Bədii Qoruğu ilə bağlı instaqram səhifəsində paylaşım edib.

Xanım Yelena Zelenskaya vurğulayıb ki, sözügedən qoruqda Ukrayna dilində audiobələdçi də var:

“Qobustan 6 mindən çox qayaüstü təsvir tapılmış unikal yerdir. Planetdə incəsənətin yarandığı ilk yerlərin biridir”.

Zelenskaya bildirib ki, hazırda 32 ölkədə Ukrayna dilində 50 audibələdçi var və bu say gələcəkdə artacaq.

Qeyd edək ki, müxtəlif ölkələrdə Ukrayna dilində audiobələdçinin tətbiqi layihəsi Zelenskayanın şəxsi təşəbbüsüdür.

Oxşar xəbərlər

Azərbaycanlı biznesmenin gəmisi batdı – VİDEO

admin

Türkiyə hökuməti toplanır: Afina ilə bağlı qərar veriləcək!

admin

Sənət yoxsa təslimçilik?

redaktor