Gündəm

Xankəndiyə qaz kəməri çəkiləcək

2025-ci ilə qədər Ağdamdan Xankəndiyə qaz kəmərinin çəkilməsi, onun üzərində qaztənzimləyici məntəqələr quraşdırmaqla kəmərin qollarının tikintisi planlaşdırılır.

Tacxeber.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda öz əksini tapıb.

Tikinti işlərini Dövlət Neft Şirkəti (SOCAR) icra edəcək. Digər icraçılar isə Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsidir.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanı tanıtmaq üçün xarici blogerlərə 4 milyon vəsait ayrılıb

admin

Putinin və Zakir Fərəcovun parlamenti

admin

“Hökumətdə səlahiyyət və məsuliyyət bölgüsü artıq multfilmə çevrilib”

admin