23 C
Bakı
27 Sentyabr 2026 21:45
Kriminal

“Whatsapp”da qızları fahişəliyə cəlb edən qadın saxlanıldı

Azərbaycanda yeniyetmə qızları fahişəliyə cəlb edən qadın ifşa edilib.

Tacxeber.com lent.az-a istinadən xəbər verir ki, 29 yaşlı Məmmədova Nuranə Maksim qızı barəsində Cinayət Məcəlləsinin 171.1-ci (yetkinlik yaşına çatmayanları fahişəliyə və əxlaqsız əməllər cəlb etmə) və 243.1-ci (Gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddələri ilə ittiham elan olunub.

İttihama görə, N. Məmmədova paytaxtın Yasamal rayonu Elmlər Akademiyası yaxınlığında mənzildə qalırmış. O, “Whatsapp” vasitəsilə yeniyetmə qızlarla əlaqə yaradaraq, onları cinsi istismara cəlb edib. Belə ki, o, cinsi münasibətə razı saldığı qızları Gəncə şəhərinə apararaq, burada 100 manat müqabilində kişilərlə görüşdürüb. Həmin pulun 30-40 manatını da özünə götürüb.

Tacxeber.com

Oxşar xəbərlər

Martin Ryan əfv edildi, Azad Məmmədli niyə yox?

redaktor

Mülki yəhudini qətlə yetirən terrorçu xəstəxanada rahat müalicə alır

redaktor

Dini fanatizm, radikalizmdən dini ekstremizm, terrorizmə gedən yol

redaktor