Dünya

Mövqelər darmadağın, batalyonun isə 50 faizi məhv edildi – Ruslara öldürücü zərbə

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, şəxsi heyətin, silah-sursatın və hərbi texnikanın cəmləşdiyi 11 ərazi, eləcə də işğalçı ordunun zenit-raket komplekslərinin üç mövqeyi vurulub.

Mayorsk rayonundakı döyüşlərdən sonra Rusiyanın 1-ci “Xarliv” batalyonu həlak olan və yaralanan şəxsi heyətinin 50 faizindən çoxunu itirib.

Baş Qərargahın məlumatında deyilir ki, hərbi əməliyyatlar zamanı ciddi itkilərə görə Donetsk və Luqansk vilayətlərində işğalçı qüvvələrin bölmələrində fərarilik halları artıb, mənəvi-psixoloji vəziyyət xeyli pisləşib. Bildirilir ki, komandanlıq sözügedən bölməni ləğv edərək, yerdə qalan şəxsi heyət digər hərbi hissələr arasında bölüşdürüb.

Rusiya Ukraynaya qarşı müharibədə 82 080 canlı qüvvəsini itirib. (Teleqraf)

Tacxeber.com

 

Oxşar xəbərlər

Jirinovskinin milyardları, mirası kimlərə qaldı…

redaktor

Ölkəni tərk etdiyi deyilən sabiq rektor: “Aydan arı, sudan duruyam”

redaktor

Beş nəfərin sonunu gətirən 8 – Azərbaycanda bir ailənin başdaşına eyni tarix yazılıb

redaktor