Hadisə

İrandakı aksiyalarda polkovnik öldürülüb

İrandakı aksiyalarda polkovnik öldürülüb

İran ölkənin şimal-qərbindəki Bukan şəhərində etiraz aksiyaları zamanı bir polkovnikin şəxsiyyəti məlum olmayan nümayişçilər tərəfindən güllələndiyini açıqlayıb.

Tacxeber.comxəbər verir ki, bu İranın rəsmi agentliyi İRNA məlumat yayıb.

Bildirilir ki, Rəsa Elmasi adlı polkovnik ölkənin şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Bukan şəhərində nümayişlər zamanı həlak olub. Naməlum şəxslər ona tapançadan atəş açıblar.

Qeyd edək ki, İranda aksiyalara sentyabrın 13-də Tehranda “əxlaq polisi” kimi tanınan İrşad patrulları tərəfindən “çadraya əməl etmədiyi” səbəbilə saxlanıldıqdan sonra komaya düşən və xəstəxanaya yerləşdirilən 22 yaşlı Məhsa Əmininin ölümü səbəb olub.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbbaycanın neft ixracı sahəsində 40 faiz azalma

admin

Məşhur futbol adamının Bakıda qayda pozuntusu gündəm oldu – VİDEO

admin

ABŞ-da dələduz süni intellektlə özünü Marko Rubio kimi təqdim edib və yüksək vəzifəli şəxslərlə əlaqə qurub — KİV

redaktor