13 C
Bakı
28 Mart 2026 00:28
Dünya

Geyimi diqqət çəkdi: Qanlı terrorçu haqqında heyrətamiz detal – FOTO

Geyimi diqqət çəkdi: Qanlı terrorçu haqqında heyrətamiz detal - FOTO

Taksimdə İstiqlal küçəsindəki bombalı hücumdan sonra səhər saatlarında əməliyyatda saxlanılan suriyalı terrorçu Əhlam Əlbəşirlə bağlı bir detala üzə çıxıb.

Tacxeber.com xəbər verir ki, İngiltərənin ən çox oxunan qəzetlərindən biri olan “Daily Mirror” Albəşirin nəzarətə götürülərkən üzərində “Nyu York” yazılan bənövşəyi paltarı barədə araşdırma aparıb.

Qəzet xatırladıb ki, nəzarətə alınan Əlbəşir 2005-ci ildə Londonda qan tökməyə çalışan terrorçu tərəfindən oxşar paltar geyinib.

 “Qadın terrorçu üzərində “New York” sözləri yazılmış bənövşəyi rəngli paltar geyinib. Bu geyim Remzi Muhammedin 21 iyul 2005-ci ildə London metrosunda bombalı hücum təşkil etmək istəyərkən geyindiyi və üzərində “New York” yazılan qara köynəyi xatırladır”.

Xatırladaq ki, 2005-ci ildə İngiltərənin paytaxtı Londonda yeraltı stansiyalara və mülki əhaliyə edilən bombalı hücum cəhdi uğursuzluqla nəticələnmişdi. Bu hücumdan həftələr əvvəl, 2005-ci il iyulun 7-də Londonda oxşar hücum baş vermiş və Əl-Qaidə tərəfindən üzərinə götürülmüş bu hücumlarda 52 nəfər həlak olmuş, 784 nəfər yaralanmışdır.

Oxşar xəbərlər

Maskdan proqnoz –  Avropa “yox” olacaq

redaktor

Avropa Liqasında finalçılar müəyyənləşir.

admin

İstanbul təhlükədə: cəmisi 50 günlük ehtiyat qalıb.

admin