20 C
Bakı
22 İyun 2025 04:02
DünyaGündəm

Ərdoğan ABŞ-a cavab verdi: “Kimsədən icazə almayacağıq, bu iş bitib”

ABŞ Dövlət Departamentindən Şimali Kipr Türk Cümhuriyyətinə Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi statusunun verilməsinə növbəti dəfə münasibət bildirilib.

Açıqlamada sözügedən qərarın nə ərazi bütövlüyü (adada) prinsipinə, nə də BMT Nizamnaməsinə uyğun olduğu bildirilib.

“ABŞ Şimali Kipr Türk Cümhuriyyətinin tanınması ilə bağlı açıqlamaları rədd edir. Türk Dövlətləri Təşkilatının beynəlxalq səviyyədə tanınmamış bir qurumu müşahidəçi kimi qəbul etməsindən təəssüflənirik. Bu qərar ərazi bütövlüyü prinsipinə və BMT Nizamnaməsinə ziddir. ABŞ Kipr Respublikası hökumətini adanın yeganə legitim hökuməti kimi tanıyır”, – açıqlamada deyilib.

O da qeyd olunub ki, ABŞ adanın iki bölgəli, iki icmalı federasiya əsasında kiprlilərin xeyrinə birləşdirilməsi səylərini dəstəkləməyə davam edir.

G20 sammiti çərçivəsində İndoneziyada mətbuat konfransı keçirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın açıqlamalarına cavab verib.

“Bu qərarla bağlı heç bir ölkədən, hansısa bir yerdən icazə almağa ehtiyacımız yoxdur. Bu iş bitib”, – Türkiyə prezidenti bildirib. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər

Mühüm görüş: Ərdoğan Ukraynaya gedir

redaktor

Peskov şimali koreyalı əsgərlər barədə suala cavabdan yayındı

redaktor

“Əgər Rusiya Ermənistanı türklərə təslim edirsə, o zaman İrəvan…” – Ermənilər Zatulinə QƏZƏBLƏNDİ

admin