31 C
Bakı
13 Avqust 2025 14:22
DünyaGündəm

Ukrayna ordusu iki ay ərzində Krıma girəcək .

Rusiya Ukrayna şəhərlərinə bu gün 100 raket atıb.

Bu, kütləvi raket zərbələrinin endirildiyi 10 oktyabrdan daha çoxdur.

Ölkənin enerji sistemi iflic vəziyyətinə düşüb.

Ukrayna cavabı nə olacaq?

Əslində yaxın həftələrdə baş verəcəklər bu günkü alçaq zərbələrsiz də olacaqdı..

Bir və ya iki həftə ərzində Ukrayna Silahlı Qüvvələri Krımı materik Ukraynadan kəsərək Dneprdən Azov dənizinə doğru hərəkət etməyə başlayacaq. Bunun üçün yarımadanın Rusiya ilə bağını kəsmək, onu təchizatsız – ərzaq və silah-sursatsız qoymaq lazımdır.

Hərbi ekspert Roman Svitana görə Krım körpüsünün yenidən partladılması ilə yarımadadakı rus hərbi birləşmələri üçün nəhəng qazana çevriləcək. Ancaq bunun üçün Ukrayna Ordusunun qısa bir zaman içində rusların “Kalibr” və X-555 ilə X-101-ə bənzər strateji “hava-yer” tipli qanadlı raketlərə sahib olmalıdırlar.

 

Bu günkü şərəfsiz zərbələrdən sonra təxmin edirik ki, bunlar Amerikanın “Tomaqavk”ları (Tomahawk) olacaq. Ukraynalılar bu raketlərlə X-555 və X-101-i daşıyan rus bombardmançı təyyarələrin aerodromları məhv edə biləcəklər. Ən əsası isə “Tomahawks” qanadlı raketləri ilə “Kalibr”lərlə silahlanmış Rusiyanın Qara Dəniz Donanması soyuq sularda batırılacaq.

İbrahim Nəbioğlu

Tacxeber.com

 

Oxşar xəbərlər

Ukrayna müharibəsi nəticəsində 382 uşaq həlak olub, 740 azyaşlı yaralanıb

redaktor

Ziya Məmmədov bağ evini satışa çıxardı – FOTO

admin

Abdullahian yenə eyham vurdu:“Regionda geosiyasi dəyişikliyə İran cavab verəcək”

admin