16 C
Bakı
26 Sentyabr 2025 03:22
Dünya

Rusiya Polşa ərazisini vurdu: 2 nəfər öldü – Foto

Rusiyanın Ukraynaya atdığı qanadlı raket Polşa ərazisinə düşüb.

Polşanın Baş naziri Mateuş Moravetski Təhlükəsizlik və Müdafiə üzrə Hökumət Komitəsinin təcili iclasını çağırıb.

Polşa mediasının məlumatına görə, Przevodovda (Ukrayna ilə sərhəddən 10 kilometr aralıda) taxıl qurutma zavodunda partlayış baş verib. Yanğınsöndürmə idarəsi iki nəfərin öldüyünü bildirib.

Əraziyə giriş məhdudlaşdırılıb. Hadisənin dəqiq səbəblərini və şəraitini müəyyən etmək üçün yanğınsöndürənlər və polis hadisə yerindədir. Yerli sakinlər iki partlayış səsi eşitdiklərini bildirirlər.

“Radio Zet”in məlumatına görə, Polşa ordusunun hərbi birləşmələri hadisə yerinə və ətraf ərazilərə yerləşməyə başlayıb.

Polşa Hərbi Hava Qüvvələri isə Tomaşov-Lubelski aerodromundan döyüş təyyarələrini havaya qaldırıb. ( Axar.az)

Tacxeber.com

 

Oxşar xəbərlər

Erməni bloqer: “Artsax” artıq yoxdur, Qarabağ Azərbaycandır!” – VİDEO

redaktor

“Rusiya-Ukrayna müharibəsini bir gündə dayandıra bilərəm” – Donald Tramp

redaktor

Kadırov Türkiyə səfirliyinin qarşısında Quranı yandıranı hədələdi: Bir gün…

redaktor