15 C
Bakı
29 Mart 2026 17:59
Dünya

Lavrovun bu fotosu Qərbin diqqətini ÇƏKDİ

Lavrovun bu fotosu Qərbin diqqətini ÇƏKDİ

Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Balidə çəkilmiş fotosu gündəm olub.

Tacxeber.com xəbər verir ki, hər fürsətdə ABŞ əleyhinə açıqlamalar verən Lavrovun fotosu beynəlxalq ictimaiyyətin diqqətini çəkib.

Belə ki, mehmanxana otağının eyvanında poza verən Lavrovun paltarlarını araşdıran Qərb mediası və sosial şəbəkə istifadəçiləri rusiyalı məmuru ələ salıblar.

Almaniyanın ən çox oxunan qəzetlərindən biri olan “Bild”, “Lavrovun paylaşdığı görüntüdə problem var. Rusiya Qərbin sanksiyalarına əhəmiyyət vermədiyini deyir, Qərbin həyat tərzinə və Qərb texnologiyasına güvənmədiyini deyir. Amma fotoda görünür ki, Rusiyadan verilən açıqlamalar boş təbliğatdır”, – yazıb.

Qəzet Lavrovun pozasını araşdırarkən stolun üstündə iPhone, qolunda isə Apple Watch olduğunu, köynəyində isə ABŞ rəssamı Jan Mişel Basquiatın dizaynının olduğunu qeyd edib.

“Putinin xaricdə güclü və müstəqil Rusiya vizyonunu təmsil edən Lavrov amerikan saatlarından, amerikan telefonlarından və Amerika dəbindəki paltarlardan istifadə edir”, – nəşr qeyd edib.

  • Lavrovun bu fotosu Qərbin diqqətini ÇƏKDİ

Oxşar xəbərlər

Şimali Koreya və Çin 2024-cü ili “dostluq ili” elan etdilər

redaktor

Trampa təcili atəşkəs və Ukraynanı istismar edən saziş lazımdır.

admin

Albaniyanın Britaniyaya təyin olunan yeni səfirinin qanunsuz miqrant olması üzə çıxdı

redaktor