17 C
Bakı
28 Sentyabr 2025 03:17
Gündəm

Zahir Əsgərov dövlətə xəyanətdə təqsirləndirildi

Zahir Əsgərov dövlətə xəyanətdə təqsirləndirildi

Xəzər Dəniz Neft Donanmasının gəmi kapitanı dövlətə xəyanətdə təqsirləndirilir.

Tacxeber.com xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində işləyən Əsgərov Zahir Fəxrəddin oğlu İranın Qum şəhərində dini təhsil aldığı müddətdə maddi maraq müqabilində adıçəkilən ölkənin xüsusi xidmət orqanı nümayəndələri tərəfindən məxfi əməkdaşlığa cəlb edilib.

O, ötən dövr ərzində onların tapşırığı ilə Azərbaycan Respublikasının suverenliyi və müdafiə qabiliyyətinin zərərinə istifadə etmək üçün xarici dövlətlərin ölkəmizdə fəaliyyət göstərən şirkət və nümayəndəlikləri, Xəzər dənizində Hərbi Dəniz Qüvvələrinin keçirdiyi təlimlərin yeri və vaxtı, neft platformalarına daşınan yüklər barədə məlumatlar toplayıb.

Zahir Əsgərov sözügedən məlumatları mobil telefon vasitəsilə, eləcə də İranda həmin şəxslərlə görüşlər zamanı bilavasitə təqdim etməklə casusluq formasında dövlətə xəyanət edib.

Tacxeber.com

Oxşar xəbərlər

Bu gecə İsrailin İrana hücumunda 100-dən çox İsrailin təyyarəsi iştirak edib.

admin

“Tezliklə Rusiyanın parçalanmasını görəcəyik” – Şok iddia

admin

Avropa buna göz yumursa, deməli, neft təkcə planetimizi deyil, ədaləti də çirkləndirir.

admin